AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında olub
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında olub.

İcraçı vitse-prezident “Qəbələ” idman klubunun prezidenti Fariz Nəcəfovla birlikdə akademiyada hazırlıq keçən uşaqlarla görüşüb.

“Qəbələ” Futbol Akademiyasının fəaliyyətini yüksək qiymətləndirən E.Məmmədov yaradılan şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirib. Görüş çərçivəsində akademiyanın gələcək fəaliyyəti və futbolun inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunub.

Xatırladaq ki, “Qəbələ” klubunun Premyer Liqada çıxışı və akademiyanın fəaliyyəti ilə bağlı mövsümün əvvəlində AFFA tərəfindən kluba maliyyə yardımı göstərilib.

Xəbər 299 dəfə oxundu.