Robert Levandovski UEFA Çempionlar Liqasında rekorda imza atıb
Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.

Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin ikinci turunda “Bavariya”nın “Dinamo Kiyev” komandasını 5:0 hesabı ilə məğlub etdiyi görüş polşalı hücumçu üçün əlamətdar olub. Qarşılaşmada dubl edən Robert Levandovski turnirdə meydana çıxdığı görüşlərdə ardıcıl 18 qələbə qazanan ilk futbolçu kimi tarixə düşüb.

Hazırda 6 xalla E qrupuna liderlik edən “Bavariya” qrup mərhələsinin birinci turunda səfərdə “Barselona”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komanda üçüncü turda Portuqaliyada “Benfika”nın qonağı olacaq.

Xəbər 311 dəfə oxundu.