Qadın şahmatçılar arasında dünya çempionatı: Azərbaycan komandası dörddəbir finalda Gürcüstan yığması ilə qarşılaşacaq
Sentyabrın 30-da İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının dörddəbir final mərhələsi start götürəcək.

Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı qadın şahmatçılardan ibarət Azərbaycan millisi dörddəbir finalda qrup oyunlarını birinci yerdə başa vurmuş Gürcüstan komandası ilə qarşılaşacaq.

Azərbaycan komandası dörddəbir finala vəsiqəni qrup oyunlarında 4 xal toplayaraq əldə edib.
Dörddəbir finalın digər oyunlarında ABŞ - Rusiya, Ukrayna - Ermənistan və Hindistan - Qazaxıstan qarşılaşmaları keçiriləcək. Dünya çempionatına oktyabrın 3-də yekun vurulacaq.

Xəbər 332 dəfə oxundu.