AFFA futbolun təbliği və inkişafı istiqamətində tədbirləri davam etdirir
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycanın şimal-qərb regionuna səfəri çərçivəsində Oğuz rayonunda olub.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, Oğuz Olimpiya Kompleksinin meydançasında azyaşlı futbolçularla görüşən E.Məmmədov uşaqlara top və formalar təqdim edib.
İcraçı vitse-prezident gələn həftə start götürəcək aşağı yaş qrupları üzrə liqalarda çıxış edəcək futbolçulara uğurlar arzulayıb.


Xəbər 305 dəfə oxundu.