"Qəbələ" komandası Niderland çempionu “Alkmaar”a uduzub
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının 2021/2022-ci il mövsümündə ilk oyununu keçirib.

Famil Xəlilovun baş məşqçisi olduğu komanda turnirin birinci mərhələsindən mübarizəyə başlayıb. AFFA-nın təşkil etdiyi Gənclər kubokunun qalibi olan “qırmızı-qaralar” Niderland çempionu “Alkmaar”la qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən ilk görüş məhsuldar alınıb. Qonaqların üstünlüyü ilə keçən qarşılaşmada Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 20-də keçiriləcək.

Xəbər 317 dəfə oxundu.