Qubada Anım Günü ilə bağlı şahmat turniri keçirilib
Qubada 27 Sentyabr - Anım Günü ilə bağlı şahmat turniri keçirilib.

Yarışda 40-a yaxın şahmatçı iştirak edib. Turnirin yekun nəticələrinə görə, Yusif Abbasov 7 xalla birinci yerə layiq görülüb. Emin Gəncəliyev 5,5 xalla ikinci, Ələkbər Novruzov isə 5 xalla üçüncü yeri tutublar.

Turnir İsveçrə sistemi üzrə keçirilib və 7 turdan ibarət olub.

Xəbər 318 dəfə oxundu.