AFFA-nın icraçı vitse-prezidenti Şəkidə müxtəlif yaş qruplarından ibarət komandalarda məşq edən uşaqlarla görüşüb
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov sentyabrın 29-da Şəkidə müxtəlif yaş qruplarından ibarət komandalarda məşq edən uşaqlarla görüşüb.

E.Məmmədov uşaqlara AFFA-nın adından oyun geyimləri və top təqdim edib.

İcraçı vitse-prezident futbolçularla söhbətləşib, növbəti həftə liqalarda iştirak edəcək oyunçulara uğurlar arzulayıb.

Görüşün sonunda simvolik olaraq oyun keçirilib.

Xəbər 320 dəfə oxundu.