Azərbaycan London Yay Olimpiya oyunlarını 10 medalla bitirdi

Azərbaycan XXX Yay Olimpiya oyunlarını 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 10 medalla başa vuedu. Bu nəticə ilə olimpiya yığmamız Oyunları 30-cu yerdə başa vurdu.
Məlum olduğu kimi, olimpiadada medal qazanan idmançıların mükafatlandırılması məqsədi ilə, Azərbaycan Prezidenti İlham Əliyev hələ avqustun 3-də sərəncam imzalamışdı. Həmin sərəncama əsasən, olimpiya çempionlarına 400 min, gümüş medal qazananlara 200 min, 3-cü yeri tutanlara isə 100 min manat mükafat veriləcək. Onların məşqçiləri də mükafatsız qalmayacaq. Belə ki, medal sahiblərinin məşqçilərinə müvafiq olaraq 200 min, 100 min və 50 min manat məbləğində pul mükafat veriləcək.
Buna görə də, dövlət olimpiadada qazanılan 10 medala görə, 2 milyon 700 min manat mükafat verməli olacaq. Bunun 1 milyon 800 mini idmançıların, 900 mini isə məşqçilərin payına düşür.

Toğrul Əsgərov – 400 min manat, məşqçisi – 200 min manat
Şərif Şərifov – 400 min manat, məşqçisi – 200 min manat
Mariya Stadnik – 200 min manat, məşqçisi – 100 min manat
Rövşən Bayramov – 200 min manat, məşqçisi – 100 min manat
Yuliya Ratkeviç – 100 min manat, məşqçisi – 50 min manat
Xetaq Qazyumov – 100 min manat, məşqçisi – 50 min manat
Emin Əhmədov – 100 min manat, məşqçisi – 50 min manat
Teymur Məmmədov – 100 min manat, məşqçisi – 50 min manat
Məhəmmədrəsul Məcidov – 100 min manat, məşqçisi – 50 min manat
Valentin Xristov – 100 min manat, məşqçisi – 50 min manat

Qeyd edək ki, bundan başqa Azərbaycan Milli Olimpiya Komitəsi də idmançılara tutduqları yerlərə görə müvafiq olaraq 200 min, 100 min və 50 min manat, məşqçilərinə isə bu məbləğin 50 faizi həcmində mükafat verəcək.

Xəbər 3602 dəfə oxundu.