Bilik Gününə həsr olunmuş şahmat üzrə turnirin qalibi müəyyənləşib
Bilik Gününə həsr olunmuş şahmat üzrə turnir keçirilib.

3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən turnirdə 30 şahmatçı iştirak edib.

Turnirin yekun nəticələrinə görə, 8 xalla Kamil Səmədov yarışın qalibi olub. İkinci yeri onunla eyni xalı toplayan Səid Əliyarlı tutub. Üçüncü pillədə isə 6,5 xalla Məryəm Baxışova qərarlaşıb.

Turnir İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.

Xəbər 313 dəfə oxundu.