“Liverpul” klubunun müdafiəçisi Trent Aleksander-Arnold zədələnib
İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Trent Aleksander-Arnold zədələnib.

Bunu klubun baş məşqçisi Yurgen Klopp açıqlayıb.

Almaniyalı mütəxəssis gənc cinah oyunçusunun Çempionlar Liqasında “Porto” (5:1) ilə matçdan əvvəl məşqdə ayağından zədə aldığını bildirib: “Əvvəlcə zədənin ciddi olmadığı görünürdü. Ancaq tibbi müayinənin cavabı fərqli oldu. “Porto” ilə matça bizimlə yollanmadı. Trentin “Mançester Siti” ilə görüşdə iştirakı da sual altındadır”.

Qeyd edək ki, Premyer Liqanın VII turu çərçivəsində keçiriləcək “Liverpul” – “Mançester Siti” oyunu oktyabrın 3-də keçiriləcək.

Xəbər 310 dəfə oxundu.