Dünya çempionatı: Bu gün dörddəbir finalın iştirakçıları müəyyənləşəcək
Bu gün İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının beşinci turunun oyunları keçiriləcək.

Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı Azərbaycan komandası bu mərhələdə İspaniya komandasına qarşı mübarizə aparacaq.

Qeyd edək ki, bu gün hər qrupda dörddəbir finala vəsiqə qazanacaq 4 komanda müəyyənləşəcək. Komandamız Rusiya, Hindistan, İspaniya, Fransa, Ermənistanın yer aldığı A qrupunda mübarizə aparır. Hazırda komandamız 2 xalla 5-ci pillədədir. Turnir cədvəlinə 8 xalla Rusiya yığması rəhbərlik edir.

Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

Xəbər 297 dəfə oxundu.