“Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev yenidən Azərbaycana qayıda bilər
“Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev yenidən Azərbaycana qayıda bilər. “Levski”də çıxış edən 27 yaşlı futbolçuya klublarımızdan biri təklif göndərib.

2018/2019-cu il mövsümündə “Qarabağ”da çıxış etmiş bolqarıstanlı futbolçu Ağdam klubunda əsas heyətə düşə bilməmişdi. Ölkəsinə qayıdan futbolçunun “Levski”də də işləri yaxşı getmir. Məhz bu səbəbdən də o, yenidən ölkə xaricində oynamaq istəyir. Digər variantları da olan futbolçunun karyerası ilə bağlı yekun qərarı verəcəyi gözlənilir.

Xəbər 313 dəfə oxundu.