Azərbaycan güləşçisi dünya çempionatının favoritləri sırasında yer alıb
Oktyabrın 2-10-da Norveçin paytaxtı Osloda keçiriləcək güləş üzrə dünya çempionatında “Tokio-2020” Yay Olimpiya Oyunlarının 25 medalçısı iştirak edəcək.

Onların arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. Bu, 82 kiloqram çəki dərəcəsində bürünc medal qazanmış yunan-Roma güləşçisi Rafiq Hüseynovdur. Həmin çəkidə digər medalçılar iştirak etməyəcəkləri üçün R.Hüseynov qarşılaşmalara favorit qismində çıxacaq.

Ümumilikdə sərbəst güləşdə 11 (2 qızıl, 3 gümüş və 6 bürünc), yunan-Roma güləşində 5 (1 qızıl, 1 gümüş və 3 bürünc), qadın güləşində 9 medalçı (1 qızıl, 3 gümüş və 5 bürünc) mundialda çıxış edəcək.

Xəbər 323 dəfə oxundu.