Boksçularımız dünya çempionatına hazırlaşırlar
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.

Boks Mərkəzində təşkil olunan məşqlər Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır. Mundial 13 çəki dərəcəsində keçiriləcəyindən məşqçilər korpusu yarışa bir həftə qalmış heyəti müəyyənləşdirəcək.

Toplanışa 20-dək boksçu cəlb edilib. Komandaya tezliklə, hərbçilərin dünya çempionatında mübarizə aparmış boksçularımız da qoşulacaqlar.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 24-dən noyabrın 6-dək keçiriləcək.

Xəbər 323 dəfə oxundu.