UEFA Gənclər Liqası: “Qəbələ” Niderlandın “Alkmar” komandası ilə qarşılaşacaq
UEFA Gənclər Liqası turnirindəki təmsilçimiz “Qəbələ” bu gün turnirin birinci mərhələsində Niderlandın “Alkmar” komandası ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Viktor Kopiyevski olacaq. Ona Vitalii Skoblia və Volodimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Azərbaycan təmsilçisi Farid Hacıyev yerinə yetirəcək.

Xəbər 315 dəfə oxundu.