Dünya çempionatı: Şahmatçılarımız Rusiya və Fransa yığmalarına uduzublar
Bu gün İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının üçüncü və dördüncü turunun oyunları keçirilib.

Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı Azərbaycan komandası üçüncü və dördüncü turlarda Rusiya və Fransa komandalarına 0,5:3,5 hesabı ilə məğlub olub.

Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

Xəbər 295 dəfə oxundu.