“Mercedes” komandası rekorda imza atıb
“Mercedes” komandasının pilotu Luis Hamilton Formula 1 Rusiya Qran-Prisində qalib gəlməklə karyerasında 100-cü qələbəsini qazanıb.

Bu, komandanın Rusiya Qran-Prisində ardıcıl səkkizinci qələbəsidir. Qran-Pridə ardıcıl səkkiz qələbə Formula 1 tarixində rekord hesab olunur. Belə ki, indiyədək heç bir komanda eyni Qran-Pridə belə bir nəticə göstərməyib.

Qeyd edək ki, 1993-cü ilədək rekord ardıcıl 6 dəfə Monako Qran-Prisində qələbə qazanan “McLaren” komandasına məxsus idi. Bundan əlavə, “Mercedes” Əbu-Dabi və Yaponiya Qran-Pri yarışlarının hər birində 6 dəfə qələbə qazanıb.

Xəbər 446 dəfə oxundu.