Yeniyetmə və gənclər arasında Anım Gününə həsr olunmuş şahmat turniri keçirilib
“Təhsil” Respublika İdman Mərkəzinin (“Təhsil” RİM) təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib.

40 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub. Yekun nəticələrə görə, Xaqan Əhməd 8,5 xalla birinci yeri tutub. İsmayıl Süleymanlı 7,5 xalla ikinci, Tunar Davudov 7 xalla üçüncü yeri tutublar.

Yarışın qaliblərinə kubok, medal və diplomlar təqdim edilib.

Xəbər 308 dəfə oxundu.