Azərbaycanlı yeniyetmə güləşçilər Tbilisidə keçirilən turnirdə üçüncü yeri tutublar | |
Tbilisidə yunan-Roma güləşi üzrə uşaq və yeniyetmələr arasında Abxaziya açıq birinciliyi keçirilib. Gürcüstan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda bu ölkənin bir çox regionlarından güləşçilər, o cümlədən Marneulidə yeni fəaliyyətə başlayan “Olimp” idman məktəbinin dörd idmançısı iştirak edib. Məktəbin yetirmələrindən Kənan Namazov (62 kq) və Rəşad Qabulov (41 kq) üçüncü yerdə qərarlaşıblar. |
|
Xəbər 299 dəfə oxundu. |
|
|