Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb
AFFA-nın Futbol akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb.

Sentyabrın 30-dək davam edəcək məşğələlər təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə keçirilir.

Kursun ikinci mərhələsi oktyabrın 18-21-də, üçüncü mərhələsi noyabrın 8-11-də, dördüncü mərhələsi isə dekabrın 13-24-də keçiriləcək.

Xəbər 307 dəfə oxundu.