Fudokançılarımız 25-ci Avropa çempionatında iştirak edəcəklər
Oktyabrın 2-6-da Polşanın Katovis şəhərində fudokan idman növü üzrə 25-ci Avropa çempionatı təşkil ediləcək.

Azərbaycan Avropa çempionatında 8 nəfərlik heyətlə təmsil olunacaq. Belə ki, Avropa çempionatında mübarizə aparacaq idmançılar Ülvi Məmmədov, Əsəd İmanov, Nicat Əsədov, Elməddin Səlimli ilə yanaşı, Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Gündüz Vəliyev, məşqçilər Xəyal Fərhadov və Əmirqulu Quliyev də yarışa yollanacaqlar.

Avropa çempionatında 30-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.

Xəbər 317 dəfə oxundu.