“Champions Chess Tour”: Şahmatçılarımız dördüncü turda mübarizə aparacaqlar
Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin dördüncü turunun oyunları keçiriləcək.

Yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Dördüncü turda Ş.Məmmədyarov fransala Maksim Vaşe-Laqrav, T.Rəcəbov polşalı Yan-Kşiştov Duda ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Xəbər 312 dəfə oxundu.