Şahmatçılarımız dünya çempionatında Rusiya və Fransa yığmaları ilə qarşılaşacaqlar
Bu gün İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının üçüncü və dördüncü turunun oyunları keçiriləcək.

Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı Azərbaycan komandası üçüncü turda Rusiya, növbəti mərhələdə isə Fransa yığması ilə qarşılaşacaq.

Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

Xəbər 304 dəfə oxundu.