Millimiz yoxlama oyununda “Sumqayıt”a qalib gəlib
Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib.

“Sumqayıt” komandası ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb.

U-17-nin heyətində Musa Məmmədov fərqlənib.

Qeyd edək ki, millimiz sentyabrın 25-də Birinci Divizion təmsilçisi “Keşlə-2” komandasına qarşı keçirdiyi ilk yoxlama oyununda 2:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər 323 dəfə oxundu.