“Champions Chess Tour”: Şahmatçılarımız üçüncü turda məğlub olublar
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin üçüncü turunun oyunları keçirilib.

Yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

Üçüncü turda Ş.Məmmədyarov polşalı Yan-Kşiştov Dudaya, T.Rəcəbov niderlandlı Aniş Giriyə 2,5:3,5 hesabla uduzublar.

Qeyd edək ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Xəbər 312 dəfə oxundu.