Qadın şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayırlar
Bu gün İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatı start götürür.

Turnirdə iki turun oyunları keçiriləcək. Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı Azərbaycan komandası birinci turda Hindistan yığması ilə mübarizə aparacaq. İkinci turda isə yığmamız Ermənistan komandası ilə üz-üzə gələcək.

Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

Xəbər 356 dəfə oxundu.