“Champions Chess Tour: Şahmatçılarımız üçüncü turda mübarizə aparacaqlar
Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin üçüncü turunun oyunları keçiriləcək.

Yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

Üçüncü turda Ş.Məmmədyarov polşalı Yan-Kşiştov Duda, T.Rəcəbov niderlandlı Aniş Giri ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Xəbər 303 dəfə oxundu.