Azərbaycanın U-15 komandası “Qəbələ”yə məğlub olub
Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib.

“Qəbələ”nin U-16 komandası ilə oyun 5:2 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Millimizin heyətində Eltun Babazadə və Əli Nəbizadə fərqlənib.

Xəbər 310 dəfə oxundu.