London 2012: Paralimpiyaçılarımızın yekun siyahısı açıqlanıb
Avqustun 29-dan sentyabrın 9-dək keçiriləcək London Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və ölkələrin yekun siyahısı açıqlanıb. 14-cü dəfə keçiriləcək yarışa 165 ölkədən 4200 idmançı qatılacaq. Onlar 21 idman növündə 503 dəst medalın sahibini müəyyənləşdirəcəklər.

4 il öncə Pekində 4 idman növündə 18 atletlə mübarizə aparan Azərbaycan yığması Londonda 6 idman növündə 22 paralimpiyaçı ilə iştirak edəcək. Bu da əvvəlki Paralimpiya Oyunları ilə müqayisədə daha çox medal qazanmaq şansımızın olması deməkdir.

Xatırladaq ki, Pekin-2008-də Azərbaycan paralimpiyaçıları 2 qızıl, 3 gümüş və 5 bürünc medalla komanda hesabında 38-ci yeri tutmuşdu.

Paralimpiadada iştirak edəcək yığmamızın siyahısı

Kamandan oxatma
Zinyət Vəliyeva

Cüdo
Kişilər
Ramin İbrahimov (60 kq)
Bayram Mustafayev (66 kq)
Rövşən Səfərov (73 kq)
Tofiq Məmmədov (91 kq)
Kərim Sərdarov (100 kq)
İlham Zəkiyev (+100 kq)

Qadınlar
Afaq Sultanova (57 kq)

Atletika
Kişilər
Oloxan Musayev (diskatma, nüvəitələmə)
Vladimir Zayets (üçtəkanla tullanma, estafet qaçışı)
Oleq Panyutin (üçtəkanla tullanma, estafet qaçışı)
Hüseyn Həsənov (üçtəkanla tullanma)
Rza Osmanov (100 m; 200 m; 400 m məsafələrə qaçış; estafet)
Elçin Muradov (100 m; 200 m məsafələrə qaçış; estafet)
Samir Nəbiyev (diskatma)
Yuri Qonak (200 m məsafələrə qaçış; estafet)

Qadınlar
Mədinat Abdullayeva (nüvəitələmə)

Pauerliftinq
Elşən Hüseynov (100 kq)
Məhərrəm Əliyev (+100 kq)

Üzgüçülük
Natali Pronina (kompleks, 200 m; brass, 100 m; sərbəst üsulla 50 m, 100 m və 400 m; arxasıüstə 100 m)

Atıcılıq
Əkbər Muradov (güllə atıcılığı, 10 m; 25; 50 m)
Yelena Taranova (güllə atıcılığı, 10 m; 25; 50 m)

Xəbər 1301 dəfə oxundu.