Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə ilk qolsuz oyun keçirilib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə ilk qolsuz oyun keçirilib. Bu, V tura təsadüf edib.

Turun ikinci günündəki “Sumqayıt” – “Qəbələ” görüşü 0:0 hesabı ilə başa çatıb. Cari mövsümün əvvəlki 19 qarşılaşmasında 4 bərabərlik qeydə alınsa da, onların üçündə 1:1, birində 2:2 hesabına təsadüf olunub.

Ölkə çempionatları tarixində bir dəfə 0:0 hesabı daha gec qeydə alınıb. Bu, 2003/2004-cü il mövsümünə təsadüf edib. Həmin vaxt ilk qolsuz matç VI turda gerçəkləşib. 2018/2019-cu və 2019/2020-ci il mövsümlərində isə ilk 0:0 hesabı indiki kimi V tura təsadüf edib.

Xəbər 297 dəfə oxundu.