İdman gimnastımız Nikita Simonov Macarıstanda qızıl medal qazanıb
Kişi idman gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Nikita Simonov Macarıstanda qızıl medal qazanıb.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Sombatxey şəhərində təşkil edilmiş Qran-Pri yarışlarının final mərhələsində N.Simonov halqalar üzərində hərəkətlərdə hakimlərdən 14,500 xal alaraq, fəxri kürsünün ilk pilləsinə yüksəlib.

İlk üçlükdə Avstriya və İsrail gimnastları qərarlaşıblar.

Yarışda iştirak etmiş digər gimnastımız Cavidan Babayev isə təəssüf ki, final mərhələsinə adlaya bilməyib.

Xəbər 322 dəfə oxundu.