“Champions Chess Tour”: Şahmatçılarımız ikinci turda məğlub olublar

Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin ikinci turunun oyunları keçirilib.

Yarışda Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

İkinci turda Ş.Məmmədyarov Maqnus Karlsenə 3:4, T.Rəcəbov Hikaru Nakamuraya (ABŞ) 2,5:3,5 hesabla uduzub.

Qeyd edək ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 000 ABŞ dollarıdır.

Xəbər 550 dəfə oxundu.