Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası yoxlama oyununda qalib gəlib
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib.

Birinci Divizion təmsilçisi “Keşlə-2” komandası ilə qarşılaşan millimiz 2:0 hesabı ilə qələbə qazanıb. Oyunda qolları Murad Ələkbərov və Murad Məmmədov vurublar.

Xəbər 315 dəfə oxundu.