Zaqrebdə keçirilən Qran-Pri turnirində daha bir cüdoçumuz mübarizəyə başlayır | |
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri davam edir. Bu gün yarışa daha bir cüdoçumuz - Məmmədəli Mehdiyev (90 kq) qatılacaq. Millimizin üzvü səkkizdəbir finaldan mübarizəyə başlayacaq. Onun ilk görüşdə rəqibi Sebastian Oldak (Polşa) - Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq. Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Hidayət Heydərov (73 kq) uğurla çıxış edərək qızıl medal qazanıb. Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayır. |
|
Xəbər 331 dəfə oxundu. |
|
|