Azərbaycanlı taekvondo hakimi beynəlxalq turnirdə ən yaxşılar arasında yer alıb
İstanbulda keçirilən taekvondo üzrə “President Cup” beynəlxalq turniri başa çatdı.

Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev, Ramal Camalov və Aygül Abdullayevanın da hakim qismində qatıldığı yarışda hakimlərimiz mükafatsız qalmayıb.

Yarışda ölkəmizi təmsil edən qadın hakimimiz Aygün Abdullayeva qarşılaşmaları idarə edən hakimlərdən altı “ən yaxşı hakim” arasında yer alıb.

Xəbər 338 dəfə oxundu.