Sabah şahmat üzrə “Champions Chess Tour”un final mərhələsi start götürəcək
Sabah “Champions Chess Tour”un final mərhələsi start götürəcək.

Yarışda Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər.

Şahmatçılarımızla yanaşı, turnirdə dünya çempionu Maqnus Karlsen (Norveç), Aniş Giri (Hollandiya), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Yan Nepomnyaşi, Vladislav Artemiyev (hər ikisi Rusiya) və Maksim Vaşe-Laqrav (Fransa) iştirak edəcəklər.

Turnir oktyabrın 4-də başa çatacaq

Xəbər 296 dəfə oxundu.