Həvəskar tennisçilər arasında
Sentyabrın 25-də İdman Tennis Kompleksində həvəskar tennisçilər arasında “Zəfər kuboku” turniri keçiriləcək.

Turnir ikinci Qarabağ müharibəsi şəhidi, gizir Elvin İslamovun xatirəsinə həsr ediləcək. Yarış qrup, pley-off mərhələsi və finaldan ibarət olacaq.

Qalib gələn iştirakçılara kubok, medal və xatirə hədiyyələri təqdim ediləcək.

Xəbər 445 dəfə oxundu.