Azərbaycanın daha bir futbolçusu karyerasını Polşada davam etdirəcək
Azərbaycanın daha bir futbolçusu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək.

23 yaşlı müdafiəçi “JKS Yaroslav” klubu ilə müqavilə imzalayıb.

E.Dəmirov ilə imzalanmış müqavilənin müddəti açıqlanmayıb.

Futbolçu Azərbaycanın U-17, U-18 və U-21 yığmalarının formasını geyinib. O “Qəbələ” və “Sumqayıt” klublarının şərəfini qoruyub.

“JKS Yaroslav” Polşanın 4-cü liqasında mübarizə aparır. Azərbaycan millisinin üzvlərindən Anton Krivotsyuk “Visla”, Mahir Emreli isə “Legiya”da çıxış edir. Bundan əlavə, Fuad Bayramov İkinci liqada “Ostroveç-Şventokşiski”nin uğurları üçün çalışır.

Xəbər 299 dəfə oxundu.