Klublararası Avropa kuboku: “Vüqar Həşimov” klubu Şəhriyar Məmmədyarovun komandasına qarşı mübarizə aparacaq
Bu gün Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının son turunun oyunları keçiriləcək.

Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda qrossmeysterimiz Şəhriyar Məmmədyarovun heyətində yer aldığı Makedoniyanın “Alkaloid” komandasına qarşı mübarizə aparacaq.

Qeyd edək ki, “Vüqar Həşimov” və “Alkaloid” komandaları 9 xalla 4-6-cı yerləri bölüşürlər.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Xəbər 305 dəfə oxundu.