UEFA avrokuboklarda iştirak etməyən klublar üçün həmrəylik ödəniş modelini təsdiqləyib
UEFA-nın İcraiyyə Komitəsi avrokuboklarda iştirak etməyən klublar üçün həmrəylik ödəniş modelini təsdiqləyib.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Yeni sistem 2021-2024-cü illərdə UEFA bayrağı altında çıxış etməyən klublara ödəniş etmək məqsədi ilə hazırlanıb.

Yeni sistem UEFA reytinqində ilk beşliyə daxil olmayan milli assosiasiyaların payını artıracaq, İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa üçün ödənişləri azaldacaq.

Xəbər 302 dəfə oxundu.