Rusiyalı futbolçu 48 oyunluq diskvalifikasiya olunub
Avstriyada həvəskarlar liqasında çıxış edən “Viktoriya Breqents” klubunun futbolçusu Rəşid Arsanukayev uzunmüddətli diskvalifikasiyaya məruz qalıb.

Buna rusiyalı oyunçunun “Gefis Zattayns” klubuna qarşı matçda rəqib futbolçunu vurması səbəb olub.

Sentyabrın 11-də keçirilmiş qarşılaşma zamanı R.Arsanukayev rəqibinə başı ilə zərbə endirdiyi üçün baş hakimdən ikinci sarı vərəqəni alıb. Qərardan narazı qalan futbolçu yenidən rəqib oyunçuya hücum edib və kəllə ilə onun burnunu sındırıb.

Hadisə yerinə polis çağırılıb və insidentlə bağlı müvafiq məlumatlar məhkəməyə göndərilib. Zədəli futbolçu əməliyyat edilib və bir neçə turu buraxacaq.

R.Arsanukayev isə 48 oyunluq diskvalifikasiya olunub və 2023 -cü ilin payızınadək meydana çıxa bilməyəcək.

“Viktoriya Breqents” klubu R.Arsanukayevi heyətdən kənarlaşdırıb.

Xəbər 267 dəfə oxundu.