Klublararası Avropa kuboku: “Vüqar Həşimov” komandası növbəti qələbəsini qazanıb
Bu gün Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 6-cı turunun oyunları keçirilib.

Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 6-cı turda Sloveniyanın “Sloven Ruma” komandası ilə mübarizə aparıb. Qarşılaşma komandamızın 4,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Xəbər 290 dəfə oxundu.