“Qarabağ”ın futbolçuları liderlər arasında yer alıblar
UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

UEFA-nın açıqladığı göstəricilərə görə, ən yaxşılar sırasında “Bazel”lə heç-heçə edən “Qarabağ”ın futbolçuları da yer alıblar. Abbas Hüseynov və Kadi Borqesin cinah ötürmələri xüsusi qeyd olunub. Onlar hərəyə 5 dəfə qapı önünə dəqiq ötürmə ediblər. Hər iki futbolçu Konfrans Liqasının bu göstəricidə ən yaxşı 5 oyunçusundan biridir.

“Qarabağ”ın kapitanı Maksim Medvedev turnirin ən yaxşısıdır. O, 14 dəfə rəqibdən top alıb. Komanda yoldaşı Kevin Medinada bu rəqəm yalnız 8-ə bərabərdir.

Qeyd edək ki, “Qarabağ”-“Bazel” matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Xəbər 296 dəfə oxundu.