Azərbaycanlı məşqçi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, o, 2021/2022-ci il mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq "Sarıyer Belediyespor" klubu ilə birillik müqavilə imzalayıb.

E.Əbilov sözügedən komandada da analoji vəzifəni tutacaq.

Xəbər 398 dəfə oxundu.