Uşaq və gənc şahmatçılar arasında beynəlxalq ChessYes festivalı keçiriləcək
Latviyada uşaq və gənclər arasında beynəlxalq ChessYes festivalı keçiriləcək.

Azsport.az Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yarış FIDE-nin oktyabrın 25-dən noyabrın 8-dək keçiriləcək GrandSwiss turnirinə paralel olaraq təşkil ediləcək.

Festivalın iki formada keçirilməsi planlaşdırılır. İlk yarış oktyabrın 9-dan noyabrın 7-dək onlayn şəkildə U-8, U-10, U-12 və U-14 yaş qrupları üzrə keçiriləcək.

Oktyabrın 27-dən noyabrın 3-dək isə festivalın ikinci yarışının canlı olaraq təşkili planlaşdırılır. Bu yarış çərçivəsində 3 turnir keçiriləcək və ümumi hesabda xalların cəminə görə qaliblər müəyyən ediləcək.

Festivalın hər iki mərhələsində qaliblər müxtəlif mükafatlar ilə təltif olunacaqlar.

Xəbər 286 dəfə oxundu.