Zaqreb Qran-Prisində iki cüdoçumuz mübarizə aparacaq
Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürəcək.

Azərbaycan nüfuzlu turnirdə 2 cüdoçu ilə təmsil olunacaq. Belə ki, Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayacaq.

Xəbər 303 dəfə oxundu.