Formula 1 yarışları yağışlı havada da keçirilə bilər
Formula 1 yarışları yağışlı havada da keçirilə bilər.

Bu barədə Beynəlxalq Avtoidman Federasiyasının (FIA) prezidenti Jan Todt məlumat verib.

Onun sözlərinə görə, belə çətin şəraitdə pilotlara yarışmağa imkan vermək lazımdır. 2025-ci ildə yeni texniki reqlamentə bu qaydanın əlavə ediləcəyi gözlənilir.

Xatırladaq ki, avqustun 29-da Belçika Qran-Prisi güclü yağış səbəbindən 3 dövrə keçirilmişdi. Ferstappenin qalib elan edildiyi yarışdan sonra Formula 1 pilotları FIA-nı tənqid etmişdi.

Xəbər 323 dəfə oxundu.