Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü bərpa edilir
Ölkəmizin əsas futbol arenalarından olan Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü tədricən əvvəlki vəziyyətə gətirilir.

ntensiv göstərilən texniki qulluq sayəsində qazon normal vəziyyətə qaytarılıb. Bir həftədən sonra isə stadionun ot örtüyü həmişəki görkəmində olacaq.

Xatırladaq ki, “Qarabağ”ın avrokuboklarda ev oyunlarını keçirdiyi Respublika Stadionunun qazonu yay aylarında sıradan çıxmışdı. Bu səbəbdən UEFA Ağdam təmsilçisinin Konfrans Liqasının birinci turunda “Bazel” ilə görüşünün burada keçirilməsinə icazə verməmişdi. Həmin görüşü Bakı Olimpiya Stadionunda keçirən “Qarabağ”ın Bakıdakı növbəti qarşılaşmaları məhz Respublika Stadionunda oynayacağı gözlənilir.

Xəbər 313 dəfə oxundu.