“Qəbələ” – “Alkmaar” matçının biletləri satışa çıxarılıb
UEFA Gənclər Liqasının seçmə mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Alkmaar” (Niderland) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri 1 və 3 manatdır.

Biletlərdən əldə olunan gəlir Qəbələ rayonundakı aztəminatlı məktəblilərin tədris xərcləri üçün istifadə olunacaq.

Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.

Xəbər 683 dəfə oxundu.