Çempionlar Liqasının finalının loqosu təqdim edilib
UEFA Çempionlar Liqasının finalının təşkilatçıları turnirin həlledici matçının loqosunu təqdim ediblər.

Loqonun təqdimatı Çempionlar Liqasının final matçına ev sahibliyi edəcək Sankt-Peterburqdakı “Qazprom Arena”da baş tutub. Final oyunu gələn il mayın 28-də keçiriləcək.

Sankt-Peterburq Çempionlar Liqasının finalına ev sahibliyi etmək hüququnu 2019-cu ilin sentyabrında qazanıb.


Xəbər 298 dəfə oxundu.